Dil seçimi

SME Kredit Mütəxəssisi

Vəzifəyə olan tələblər:

        ·         Ali iqtisadi/maliyyə təhsili;  
        ·         Yaşı – 25-35 arası; 
        ·         Orta sahibkarlığın  və/ və ya Korporativ biznesin maliyyələşdirilməsi sahəsində ən azı 2 il iş təcrübəsi;
        ·         Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını hazırlamaq və təhlil etmə bacarıqları;
        ·         Analitik düşünmə bacarığı;
     ·     Əldə olunmuş məlumatlar əsasında sifariş olunan öhdəliklərin borcalan tərəfindən ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri izləmək, proqnoz hesabatlar hazırlamaq, sifarişin məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirmək, buna dair hesabat hazırlamaq;
        ·         Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
        ·          Banklarda hesabların açılması və aparılması, Sənədli əməliyyatlar (akkreditiv və təminat məktubları) və korporativ müştərilərin günlük bank əməliyyatlarına dair iş təcrübəsi;
        ·         Rus, Türk və İngilis dil bilikləri müsbət qarşılanır;
        ·         Sumqayıt şəhərində yaşayanlara üstünlük verilir;
        ·         Kompüter bilikləri (MS Office, Internet);
        ·         İş təcrübəsindən asılı olaraq vəzifə təklif olunacaqdır.

Əsas vəzifələr:

·         Bankın məhsulları haqqında müştərilərə məsləhət xidmətləri göstərmək;

·         Müştəri haqqında məlumat toplamaq;

·       Potensial müştərilərin cəlb olunması ilə bağlı araşdırmalar aparmaq;

·       Maliyyə təhlili üzrə biliklərə sahib olmaq;

·       Müştərilər üçün kredit və kommersiya təkliflərini hazırlamaq;

·         Müştərilərə bankın göstərdiyi başqa xidmətlər üzrə məlumat vermək;

·         Müştərilər üzrə geniş təhlil hesabatlarını (biznes fəaliyyətinin izahı, maliyyə hesabatları)  hazırlamaq. 

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını iyul ayının 30-dək cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “SME Kredit Mütəxəssisi” qeyd etməyiniz vacibdir.