Dil seçimi

İT departamentinin Proqramlaşdırma / Aparıcı mütəxəssis / mütəxəssis

Vəzifəyə olan tələblər:

·         Texniki ali təhsil;

·         Bank sektorunda iş təcrübəsi;

·         2 ildən artıq proqramlaşdırma sahəsi üzrə iş təcrübəsi;

·         SQL, PL/SQL bilikləri;

·         ORACLE verilənlər bazası üzərində iş təcrübəsi;

·         JAVA, C, C++, C#, VISUAL PASCAL proqramlaşdırma dillərindən birini bilməli;

·         Rus və ingilis dili bilikləri;

·         Analitik təfəkkür;

·         Alqoritmik düşüncə tərzi;

·         Özgə kodu anlama bacarığı;

 

Əsas vəzifələr:

·         Bankın istifadə etdiyi və ya istifadə etməyi planlaşdırdığı yeni dillərin və proqramlaşdırma texnologiyalarının öyrənilməsi;

·         Bankda qəbul olunmuş inkişaf metodologiyasının istifadə edilməsi;

·         Proqram sənədləşməsinin yaradılması və müşayiəti;

·         Test zamanı müəyyən olunmuş səhvlərin düzəldilməsi;

·         Məlumat emalı prosesində müxtəlif əməliyyatların yerinə yetirilməsi;

·         Müvafiq proqram və avadanlıq vasitələri, məlumat bazaları və proqramlaşdırma texnologiyaları ilə kodun yazılması və proqramların sazlanması;

 

Göstərilən tələblərə cavab verən namizədlər iyul ayının 30-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində İT PROQRAMLAŞDIRMA qeyd etməyiniz vacibdir.