Dil seçimi

Bankın son maliyyə ili üzrə auditini həyata keçirən kənar auditor haqqında məlumat

“Baker Tilly Azərbaycan” 2007-ci ildə 3 partnyor və 12 işçi tərəfindən yaradılmışdır. Qısa müddət ərzində Azərbaycanda fəaliyyət göstərən uğurlu məsləhət

xidmətləri şirkətlərindən birinə çevrilmişdir.Hal-hazırda portfelində iqtisadiyyatın müxtəlif seqmentlərindən 100-dən çox müştərisi mövcuddur.

 

Baker Tilly Azərbaycan şirkəti 3 may 2011-ci il tarixində mövcud olan ən yüksək - Platin dərəcəli ACCA Təsdiqli İşəgötürən status almışdır.

 

“Baker Tilly Azərbaycan” bu gün 8-i ACCA üzvü olan 70-dən artıq əməkdaşın dəstəyi ilə gəlirlərinə və müqavilə sayına görə Azərbaycanda 5 ən

böyük audit və biznes məsləhət xidmətləri göstərən şirkətlər siyahısındadır.

 

Baker Tilly Azərbaycan audit və konsaltinq xidmətləri göstərən müstəqil firmaların qlobal şəbəkəsi olan Baker Tilly International Şirkətinin üzvüdür. Baker Tilly

International, məcmu gəlir göstəricisinə görə dünyanın 8-ci ən böyük mühasibat və biznes məsləhət xidmətləri göstərən şəbəkəsidir. O, 147 ölkədə 125 müstəqil üzv

firmaya, 796 ofisdə çalışan 33,600 nəfər işçi heyətinə, 3,4 milyard ABŞ dolları məbləğində məcmu gəlirə və şəbəkə üzrə açıq siyahıya alınmış 1000-dən çox müştəri sayına malikdir;

 

Əməkdaşlarının sayına və müqavilələr üzrə gəlirinin məbləğinə əsasən Baker Tilly Audit Azərbaycan Azərbaycanda 5 qabaqcıl audit şirkəti siyahısındadır.

Şirkətdə 70-dən çox peşəkar heyət çalışır və şirkətin illik dövriyyəsi 3.5 mln. AZN təşkil edir;

Yenilənmə tarixi: 24.05.2019