Dil seçimi

Bankın buraxdığı səhmlər haqqında məlumat (növü, dövlət qeydiyyatı nömrəsi, nominal dəyəri, səhmdarların hüquqları)

Növü - adi, adlı, sənədsiz

Dövlət qeydiyyat nömrəsi -  AZ1001019608

Nominal dəyəri - 1000 manat

Səhmdarların hüquqları:

Bankın adi səhminin sahibi olan səhmdarları aşağıdakı hüquqlara malikdir:

·      Səhmlərin özgəninkiləşdirilməsini qanunvericiliyə müvafiq qaydada həyata keçirmək;

·      Bankın ləğvindən sonra qanunvericiliyə uyğun olaraq qalan əmlakın bir hissəsini almaq;

·      Bankın idarəetmə orqanlarına seçmək və seçilmək;

·      Bankın idarəetmə orqanları tərəfindən qəbul edilmiş qərarlardan məhkəməyə şikayət etmək;

·      Bankdan, yaxud Bankın səhmdarlarının reyestrini aparan təşkilatdan özünün mülkiyyətində olan səhmlərə mülkiyyət hüququnu təsdiq edən sənədi tələb etmək və almaq;

·      Qanunvericilikdə nəzərdə tutulmuş hal istisna olmaqla, Səhmdarların Ümumi Yığıncağında nizamnamə kapitalındakı paylarına mütənasib səs hüququ ilə iştirak etmək;

·      Mövcud qanunvericiliklə və Bankın daxili sənədləri ilə nəzərdə tutulmuş digər hüquqlar.

 

Yenilənmə tarixi: 24.05.2019