Dil seçimi

Mükafatlandırma siyasətinin əsas prinsipləri və mükafatın dəyişkən hissəsinin müəyyənləşdirilməsi məqsədi ilə istifadə olunan metod və meyarlar barədə məlumat

 

1.      Mükafatlandırma sisteminin məqsədləri

 

1.1.       Mükafatlandırma sistemi bankın korporativ idarəetmə mexanizminin əsas komponentlərindən birini təşkil edir və aşağıdakı məqsədlərə nail olmağa xidmət edir:

 

·      Bankın əmək bazarında rəqabət qabiliyyətliliyinin artırılmasına;

·      Bankın riskyönümlü biznes fəaliyyətinə uyğunluğunun təmin edilməsinə;

·      İşçilərinin əmək fəaliyyəti zamanı səmərəliliyinin artırılmasına;

·      İşçilər arasında ruh yüksəkliyinin artırılmasına;

·      Risklərin və insan resurslarının idarə edilməsi sistemlərinin təkmilləşdirilməsinə.

 

2.      Mükafatlandırma sisteminin prinsipləri

 

2.1.      Bankın mükafatlandırılma sıstemi aşağıdakı prinsiplər əsasında qurulub:

 

·      Adekvatlıq – qanunvericiliyə, qabaqcıl beynəlxalq təcrübəyə və Bankın strategiyasına adekvat olması;

·      Ədalətlilik - dəqiq ölçülmüş meyarlar əsasında obyektiv qiymətləndirmə ilə işçinin əməyinin ədalətli ödənişi. Ödənişlərinin müəyyən edilməsində hər hansı bir diskriminasiyaya yol verilməməsi;

·      Balanslaşma- bütün növ mükafatların əsaslandırılmış və nəticəyə əsaslanan ödəniş balan yaratmağa, həm fərdi, həm də kollektiv əməyi stimullaşdırmağa yönəlməsi;

·      mərəlilik- mükafatlandırmaya yönəldilən xərclərin Bank üçün adekvat səmərə gətirməsi;

·      Uunluq- mükafatlandırma sisteminin əmək bazarı səviyyəsinə uyğunluğu;

·      Şəffaflıq –mükafatlandırma siyasəti ilə bağlı məlumatların həm işçilərə, həmdə ictimaiyyətə açıqlanması.

 

Yenilənmə tarixi: 24.05.2019