Ziraat Bank Azərbaycan Açıq Səhmdar Cəmiyyəti 15 May 2015-ci il tarixdən Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Əmanətlərin Sığortalanması Fondu tərəfindən qəbul edilmiş qərara əsasən 01 mart 2016-cı il tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsininin yuxarı həddi 15 faiz müəyyən edilmişdir.Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.
2016-cı il fevralın 1-dən etibarən 3 (üç) il müddətində fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azad edilmişdir.
Pul vəsaitlərinizi artırmağın yollarını axtarırsınız? O zaman Ziraat Bank Azərbaycan ASC sizlərə aşağıdakı şərtlərlə əmanət məhsulu təklif edir.
Minimum Əmanət Məbləği |
|
Minimum Əmanət Müddəti |
AZN, USD valyutalı əmanətlərdə 3 ay |
Maksimum Müddət |
36 ay |
Faizlərin Ödəniş Şəkli |
Aylıq, üç ayda bir, altı ayda bir və müddət sonunda |
Müddətin Uzadılması |
Müqavilədə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət Əmanətçi tərəfindən geri götürülmədikdə, müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılır. |
Əmanətin Vaxtından Əvvəl Götürülmesi |
Əmanət müqaviləsinə müştəri tərəfindən vaxtından əvvəl xitam verilməsi zamanı, o günə kimi müştəriyə ödənilmiş faizlər əmanətin ana məbləğindən silinir və müştəriyə AZN valyutalı əmanətlər üzrə 1%, USD valyutalı əmanətlər üzrə 0.2%, illik faiz dərəcəsi üzərindən əmanətin qüvvədə olduğu müddət üçün faizlər hesablanıb ödənir. |