Akkreditiv

İdxal və İxrac Əməliyyatlarınız, Akkreditivli Ödəniş üsulu ilə Ziraat Zəmanətində!

Akkreditiv-xarici ticarət əməliyyatları üzrə ümumi qəbul olunmuş ödəniş üsuludur və dünyanın bir çox ölkələrində mövcud olan

daha çevik və təhlükəsiz hesablaşma formasıdır. Hesablaşmanın bu forması həm mal və ya xidmət satıcısının, həm də alıcının maraqlarını yüksək dərəcədə qoruyur.

Satıcı tərəfindən göndərilən malın Alıcının mülkiyyətinə keçməsi və digər tələb olunan şərtlərin yerinə yetirilməsi haqqında sənəd təqdim edildikdə

Bank (emitent) ödənişin Satıcının hesabına həyata keçirilməsini təmin edir.


Alıcı üçün akkreditivin üstünlükləri

- Pul vəsaitlərinin itirilməsi riskinin aradan qalxması

- Satıcı müqavilə üzrə öhdəlikləri yerinə yetirdikdən sonra ödənişlərin həyata keçirilməsi

- Göndərilən malın akkreditivdə nəzərdə tutulan müddətdə və digər şərtlərə uyğun qaydada Alıcının mülkiyyətinə keçməsinə


Satıcı üçün akkreditivin üstünlükləri

- Alıcıdan asılı olmayaraq ödənişin həyata keçirilməsinə zəmanət (müqavilədə qeyd olunan öhdəliklər tam yerinə yetirildikdə)

- Malın Alıcıya təhvil verilməsindən əvvəl ödənişin həyata keçirilməsi imkanı

- Mürəkkəb kommersiya müqavilələrinin həyata keçirilməsi imkanı