İdarə Heyəti

1. İdarə Heyətinin Sədri - AVNİ DEMİRCİ

01.02.1967-ci il tarixində Türkiyə Respublikasının Kastamonu şəhərinin Azdavay rayonunda anadan olmuşdur. 1991-ci ildə 19 May Üniversitetinin İngilis dili fakültəsini bitirdikdın sonra 1992-ci ildə Ziraat Bankının tərkibində təhsil verən Ziraat Bank Bankçılıq məktəbində təhsilini tamamlamış və sıra ilə Ziraat Bankın Kənd Təsərrüfatı Kreditləri İdarəsi, Bank xidmətləri şöbəsində çalışan Demirci, T.C. Ziraat Bank A.Ş. - nin xarici dövlətlərdəki törəmə Banklarında rəhbər vəzifələrdə çalışmışdır. Uzbekistan Turkish Bankda  sədrin köməkçisi, Türkmen Turkish Bank ve Ziraat Bank Moskva-da müşahidə şürasının üzvü və sədri  olaraq çalışmış olub, hal-hazırda Ziraat Bank Azərbaycan ASC-də qurucu sədrdir və İdarə heyətinin Sədri vəzifəsində çalışmaqdadır. Türkmen Turkish Bankda çalışdığı əsnada eyni zamanda  Ziraat Bank Törəmə Banklar İdarə Rəhbərliyi vəzifəsini də icra etmişdir.

Türkiyə və Azərbaycan İş Şurasının İcra heyətinin (DEİK)  üzvü, Azərbaycan Türkiyə İşadamları Birliyinin (ATİB) İdarə heyətinin sədrinin köməkçisi və Caspian European Club-un İdarə Heyətinin üzvü kimi çalışmakdadır

Eyni zamanda 3 ildirki Avropa Ticarət Arbitraj Məhkəməsində hakim olaraq çalışmaqdadır.


2. İdarə Heyətinin Üzvü -  VÜQAR RƏFİYEV

07.07.1978-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 1999-2010-cu illər arasında Azərbaycanın aparıcı bankı olan “Azərbaycan Beynəlxal Bankı”ASC-də müxtəlif vəzifələrdə çalışmışdır. 2010-cu il tarixində “Bakı Ticarət Bankı” ASC-də baş mühasib, İdarə Heyətinin üzvü vəzifəsində çalışmış və 2015-ci il tarixindən isə “Ziraat Bank Azərbaycan”ASC-də baş mühasib, İdarə Heyətinin üzvü vəzifəsində çalışmaqdadır. Ümumilikdə 15 il Bank sektorunda iş təcrübəsinə malikdir. 30.12.2014-cü il tarixindən etibarən Ziraat Bank Azərbaycan ASC-də İdarə Heyətinin üzvü , Departament Direktoru, Baş Mühasib vəzifəsini icra etməkdədir.