Faktorinq

Faktorinq

Faktorinq - Hüquqi şəxs və fərdi sahibkarların Alıcılarına qarşı olan pul tələbi hüququnun Faktora (Banka) güzəşt edilməsi müqabilində, dövriyyə vəsaitlərinin Bank tərəfindən maliyyələşdirilməsinə imkan yaradan məhsuldur. Başqa sözlə, satıcı və faktor (bank) arasında bağlanmış agent müqaviləsinə əsasən,satıcının pərakəndə satışa yönəltdiyi malların dəyəri faktor (Bank) tərəfindən bu malların faktiki satışından əvvəl ödənilir. Alıcı isə bu vəziyyətdə aldığı malların dəyərini qısa zamanda ödəmək məcburiyyətindən azad olur. Hər iki tərəf mümkün riskləri minimallaşdırır, biznes əməliyyatlarının fasiləsizliyini təmin edir və dövriyyə vəsaitlərini artırır.



Faktorinq xidmətinin üstünlükləri:

Ticarət əməliyyatlarının aparılması zamanı ödəniş risklərinin azalması;

Fasiləsiz istehsal prosesinin və ticarət əməliyyatlarının aparılması imkanı;

Debitor borclarının 90%-dək həcmində nağd vəsaitlərin tez əldə olunması;

Dövriyyə vəsaitlərinin artımı, əlverişli şərtlərlə maliyyələşmə;

Uzunmüddətli ödəniş şərtləri və maliyyələşmə;

Təchizatçı və Alıcı şirkətlər arasında etibarlı tərəfdaşlıq münasibətləri.