Mobil Bankçılıq

Yeni “Ziraat Bank Azerbaijan”  Mobil Bankçılıq tətbiqi artıq istifadənizdədir!
“Ziraat Bank Azərbaycan” olaraq həmişə olduğu kimi müştərilərimizi düşünərək məhsul və xidmət növlərini  artırmağa davam edirik.  Artıq  “Ziraat Bank Azerbaijan” mobil bankçılıq tətbiqimiz istifadənizdədir. 
Yeni mobil bankçılıq tətbiqimiz vasitəsilə müştərilərimiz, hər zaman mobil cihazlarını istifadə edərək online platformada həyata keçirilməsi  mümkün olan bütün bank əməliyyatlarını banka gəlmədən icra etmək imkanı əldə edirlər. 

Mobil Bankçılıqda təqdim olunan xidmətlər:

 Hesablar: Cari / Əmanət Hesabları (Hesab hərəkətləri, Çıxarışların əldə edilməsi (Excell,PDF))
•  Kartlar: Debit / Kredit (Əməliyyatlar, Statusun yenilənməsi, SMS bildiriş parametrləri, Kredit ödənişi, Ödəniş planı)
•  Pul köçürmələri: Hesabdan Karta/Kartdan Hesaba, Kartdan karta (ölkədaxili, ölkəxarici), Bankdaxili Köçürmələr, Ölkədaxili Köçürmələr, Hesabdan/ Kartdan Valyuta köçürmələri (SWIFT), Valyuta köçürmələrinin izlənməsi, Gələcək tarixli əməliyyatlar, Qeyd edilmiş əməliyyatlar, Toplu Pul Köçürmələri
 Ödənişlər: HÖP, Vergi, Mobil, Telefon, Kommunal, İnternet, Sığorta, Bank ödənişləri, Təhsil haqqı və s.
•  Kredit Hesabları: Kreditlər, Ödənişlər, Ödəniş planı, Əməliyyat tarixi, Detalların izlənilməsi
 Valyuta: Valyuta Alışı/Satışı, Çarpaz valyuta, Valyuta kursları
•  Korporativ: Əməliyyatların səlahiyyətli şəxs tərəfindən təsdiq edilməsi, izlənilməsi, səlahiyyətlərin verilməsi və s.

Rahat interfeysə sahib, sürətli və unikal “Ziraat Bank Azerbaijan”  mobil  tətbiqi sizin təhlükəsizliyinizin qorunması üçün Biometrik, SMS, Hard OTP və identifikasiya vasitələri ilə təchiz edilmişdir. 
Mobil tətbiqi siz Android və IOS mobil marketlərdən endirərək istifadə edə bilərsiniz.