Satış və Marketinq Departamenti / Məhsulların yaradılması üzrə mütəxəssis,aparıcı mütəxəssis

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi/maliyyə təhsili; 
  • Məhsulların inkişaf etdirilməsi üzrə bank sektorunda ən azı 2 il iş təcrübəsi;
  • Kreativ yanaşma tərzi;
  • Kollektivlə işləmə bacarığı;
  • Analitik problemləri təhlil və həll etmək qabiliyyəti;
  • Rus, Türk və İngilis dili bilikləri müsbət qarşılanır;
  • Microsoft Excel və Microsoft PowerPoint proqramları üzrə yaxşı səviyyədə biliklər; 
  • SQL, Visio və digər analoji proqramlar üzrə baza bilikləri;
  • Filialların idarə edilməsində təcrübəsi olması müsbət qarşılanır;
  • Korporativ və Pərakəndə Bankçılıq sahəsində yüksək təcrübə.

Əsas vəzifələr: 

  • Bazarda olan məhsul və texnologiyalardan xəbərdar olub, buna yönəlik bazar araşdırması həyata keçirmək;
  • Bazar araşdırması nəticəsində yeni məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün işlər görmək;
  • Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün IT ilə işləmək və sistem inkişafı üçün vacib olanları qeydə almaq;
  • Planlaşdırılmış və bütün proyektləri idarə etmək;
  • Məhsulların həyat və əməliyyat dövrünün hazırlanması, təqib edilməsi;
  • Bir məhsulun istehsal proseslərini hazırlamaq və bu prosesi idarə etmək;
  • İnkişaf etdirilən məhsulun hüquqi  qanunlara, yerli və beynəlxalq qaydalara  uyğun olmasını təmin etmək;
  • İnkişaf etdirilən məhsulun qiymətləndirilməsini, satış və marketinqini həyata keçirmək. 


Göstərilən tələblərə cavab verən namizədlər İyun ayının 20-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Məhsulların yaradılması üzrə mütəxəssis,aparıcı mütəxəssis” qeyd etməyiniz vacibdir.