Yığım Əmanəti

“Ziraat Bank Azərbaycan” Yığım Əmanəti məhsulunu təqdim edir!  

 

“Ziraat Bank Azərbaycan” müştərilərinin rahatlığını düşünərək, həmçinin müştəri tələblərini nəzərə alaraq yeni “Ziraat Yığım Əmanəti” məhsulunu təqdim edir. 

 “Ziraat Yığım Əmanəti” məhsulu, müştərilərə vəsaitlərini rahat şəkildə yığmağa imkan yaradır. Belə ki, bu məhsulun digər müddətli əmanət məhsullarından əsas fərqi odur ki, əmanət hesabının balansı müştəri tərəfindən vaxtaşırı artırıla bilər. Bu da müştərilərə planlı şəkildə pul vəsaitlərini əmanət hesablarına yerləşdirərək yığımlarını artırmağa, həmçinin yığımlarından faiz qazancı əldə etməyə imkan yaradır. 

 

Bu əmanət növündə müştəri vəsaitini istədiyi vaxt artıra bilər. Məhsulun özəllikləri aşağıda qeyd olunan kimidir:

Əmanət müddəti maksimum 12 aydır. 

Əmanət hesabının balansını müddətin ilk 9 ayına qədər artırmaq mümkündür. 

Əmanətin minimal məbləği 1000 AZN/USD/EUR (Bir min Azərbaycan manatı/ABŞ Dolları/Avro) təşkil edir, maksimal məbləğə dair tələb yoxdur. 

Minimum artırılma məbləği 50 AZN/USD/EUR (Əlli Azərbaycan manatı/ ABŞ Dolları/ Avro) təşkil edir. 

Faizlər əmanət müddətinin sonunda ödənilir.

Əmanətin əsas məbləği və yığılmış faizlər müştərinin cari hesabına köçürülərək ödənilir. 

Əmanət müddəti bitdikdə avtomatik olaraq eyni şərtlərlə, eyni müddətə, ancaq həmin gün Bankda qüvvədə olan faiz dərəcəsi ilə yenilənir.

İllik faiz dərəcəsi: AZN - 6.5 % ; USD - 1 %; EUR - 0.25 %