Təhlükəsizlik

Kart istifadəçiləri üçün təhlükəsizlik qaydaları 

1. PIN kodunuz (4 rəqəmli şifrə) sizin xüsusi məlumatınızdır. Bu şifrə məxfidir və qizli saxlanılmalıdır. İstifadə zamanı ətrafdaki şəxslərdən şifrənin gizlədilməsi üçün lazimi tədbirlər görün. Şifrənin kənar şəxs tərəfindən öyrənilməsinə dair şübhələriniz olduğu təqdirdə banka məlumat verilməsi və şifrənizin dəyişdirilməsi tövsiyyə edilir.

2.Kart itirildikdə və ya oğurlandıqda kartınızı dərhal bloklaşdırın. Kartın bloklaşdırılması üsulları:

A) 24/7 Ziraat Bank Azərbaycan mobil tətbiqi vasitəsi ilə (mobil tətbiqi yükləmək üçün link: İOS üçün - https://apple.co/3jIrFny ;  Android, Wındows və ya digər sistemlər üçün https://bit.ly/377hpjK);

B) İş günlərində 9:00-dan 18:00-dək  *9229 Müştəri xidmətimizə zəng vasitəsi ilə; 

C) Qeyri iş günlərində (+994 12) 194, (+994 12) 505 21 51 Azerikard-a zəng  vasitəsi ilə.

3.Kartın PIN-kodunu yığarkən diqqətli olun. PIN-kodu üç dəfə ardıcıl səhv daxil etdiyiniz təqdirdə, kartınız bloklanacaq. Bu halda Banka müraciət edin.

4.Kartınız haqqında məlumatları etibar etmədiyiniz saytlarda istifadə etməyin.

5. Kartınızı kənar şəxslərə verməyin.

6.ATM-dən istifadə edərkən kartınızın PIN-kodunu kənar şəxslərin görməsinə icazə verməyin.

7.Kömək üçün kənar şəxslərə müraciət etməyin.

8.PİN-kodu kartın üzərinə yazmayın və kartınızla eyni yerdə saxlamayın.