Müşahidə Şurası

1- İdarə Heyətinin Sədri - BİLGEHAN KURU

1961-ci ildə Türkiyənin Aydın şəhərində anadan olub. “Orta Şərq Texniki Universiteti”-ndə “Mədən Mühəndisliyi” fakültəsini bitirib. Həmin universitetin “Fen Bilimleri Enstitüsü”-də maliyyə əsaslı magistr dərəcəsi almışdır. Peşə karyerasına 1986-1988 illəri arasında “Türkiyə Xalq Bankı ASC”–də Valyuta Mübadiləsi İşçisi  olaraq başlamış, 1988-ci ildə isə “Pamukbank T.A.Ş”-də köməkçi mütəxəssis vəzifəsində çalışmışdır. Xəzinə şöbəsinn xidmət müdiri və şöbə müdiri vəzifələrində çalışmışdır. 2004-ci ilin Noyabr ayında Türkiyə Xalq Bankı ASC–də Xarici Valyuta və Maliyyə Bazarı şöbə müdiri vəzifəsini icra etmişdir. 2007-ci ilin İyunundan 2011-ci ilin İyuluna qədər “Türkiyə Xalq Bankı” ASC Fərdi Bankçılığı cavabdeh Rəhbər müavini vəzifəsində olan Bilgehan Quru, 2011ci ilin İyulunda Ziraat Bankasında Xəzinə və Strategiya İdarətməsi  Rəhbəri köməkçisi vəzifəsinə başlamış, 2014-cü ilin Avqust ayından etibarən isə Maliyyə İdarəetmə Rəhbəri köməkçisi vəzifəsini davam etdirir.

2- İdarə Heyəti Üzvü - TAHİR DEMİRKIRAN 

1967-ci ildə İstanbulda anadan olub. “İstanbul Universiteti”  “İqtisadiyyat fakültəsi”-nin İqtisadiyyat bölümünü bitirib. Bank karyerasına 1995-ci ildə “Pamukbank” T.A.Ş.-da Maliyyə Təhlili və Kəşfiyyat köməkçi eksperti olaraq başlamışdır. Ekspert və Kredit Xidmətləri İdarəçiliyi vəzifələrində çalışmışdır. Daha sonra, “Türkiyə Xalqbank” ASC-də Maliyyə Təhlili və Kredit Departamentində Şöbə müdiri, Ticari Şöbə müdiri və Kommersiya Kreditləri Departamenti və “Xalq Lizinq”-də İdarə Heyətinin üzvü vəzifələrində çalışmışdır. 2015-ci ildə Ziraat Bankası-nın  Pərakəndə Kredit Təhsisi və İdarəetmə Qrupunun rəhbəri vəzifəsində çalışmışdır. 2016-cı il 12 Fevral tarixindən etibarən “Ziraat Katılım Bankası” A.Ş. Kredit Təhsis və İdarəetmə Rəhbər köməkçisi vəzifəsini davam etdirir.

3-İdarə Heyətinin üzvü - ZAFFER AYDIN

1976-cı ildə Türkiyənin  Ağrı şəhərində anadan olub. “İstanbul Universiteti” Siyasi Elmlər Fakültəsini, Dövlət İdarəçiliyini bitirib. Peşəkar karyerasına 2002-ci ildə Maliyyə Nazirliyində mütəxəssis köməkçisi kimi başlamışdır. 2005-ci ildə Bankımızda müfəttiş koməkçisi olaraq çalışmışdır.2011-ci ilə qədər Müfəttiş və Aparacı Müfəttiş olaraq çalışan Zaffer Aydın, sıra ilə 2012-ci ildə 3. Regional Marketinq meneceri  2013-cü ildə Müfəttişlər Şurası Sədrinin müavini, 2014-cü ildə Müfəttişlər Şurasının sədri, 2016-cı ildə İstanbul 5-ci Region müdiri və 2018-ci ildə Fiziki Şəxslərlə İş Üzrə Departamenti-2 Bölmənin direktoru vəzifələrində çalışmışdır. 2019-cu ildən Pərəndə Satış Departamenti-4 Bölmənin direktoru vəzifəsində çalışır.