Maliyyə Departamentinə Büdcə və maliyyə nəzarət üzrə aparıcı mütəxəssis / böyük mütəxəssis

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi təhsil; 
  • Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması;
  • Büdcə və ya maliyyə nəzarət sahəsində 3 / 6 il iş təcrübəsi;
  • ACCA, CIMA və CFA sertifikatlarının olması. ACCA F2 (MA), F3 (FA), F5 (PM) və ya CIMA BA2, BA3, P1 (MA) sertifikatının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilməsi;
  • MS Office proqramlarını (xüsusi ilə MS Excel, MS Powerpoint) bilmək və işində istifadəsini təmin etməsi;
  • SQL biliyi arzuolunandır;
  • Azərbaycan dili (əla), ingilis dili (orta) səviyyədə biliklərə malik olması;
  • Yüksək səviyyədə məntiq və riyazi bilik;
  • Analitik düşünmə qabilliyəti və yaranmış problemlərin həll etmək bacarığının olması.

Vəzifə öhdəlikləri:

  • Bankın büdcə prosesində aktiv iştirak edərək ilkin iqtisadi təhlil edilməsi;
  • Gəlir və xərc mərkəzlərindən məlumatların toplanılması və təhlil edilərək büdcəyə əlavə edilməsi;
  • Büdcə prosesini koordinasiya edərək məlumatların konsolidasiyası;
  • Büdcənin icrasına gündəlik nəzarətin qurulması və icrası,
  • Büdcənin icrası üzrə aylıq təhlil və təqdimatların hazırlanması;
  • Əməliyyatların uçotunun standartlara uyğun aparılmasına nəzarət edilməsi; 
  • Mənfəətlik və effektivlik təhlillərinin (proseslər, məhsullar, gəlir-xərc mərkəzləri) həyata keçirilməsi və təkliflərin verilməsi; 
  • Bankın fərdi performans dəyərləndirmə (KPI) sisteminin meyarlarınının müəyyənləşdirməsi və sistemin əlaqədar struktur bölmələrlə birlikdə koordinasiyalı təşkil edilməsi və icra edilməsi.


Göstərilən tələblərə cavab verən namizədlər Iyun ayının 20-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Büdcə və maliyyə nəzarət üzrə aparıcı mütəxəssis/böyük mütəxəssis” qeyd etməyiniz vacibdir.