Biznes Analitik

Vəzifəyə olan tələblər:
·         İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə Bakalavr və ya Magistr dərəcəsində ali təhsil;
·         Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
·         Bank sektorunda minimum 3 il iş təcrübəsi;
·         İT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi;
·         Komandada işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək;
·         Biznes və texnologiyanın tələblərini anlamaq;
·         Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq;
·         Proqram təminatının təmin olunması prosesi haqqında biliklər;
·         Türk/ Rus/İngilis/ dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər;
·         SQL, PL/SQL üzrə biliklər;
·         Funksional spesifikasiyanın yazılması və yaradılması;
·         Problemlərin həll edilə bilməsi və analitik təfəkkür.
Əsas vəzifələr:
·         Texniki tapşırıqların IT və digər əməkdaşlarla müzakirə edilməsi;
·         Tələblərin izlənilməsi;
·         Digər departamentin əməkdaşları üçün ilkin testlərin aparılması;
·         Biznes tələblərinə görə hesabatların hazırlanması;
·         Yeni funksionallığın test olunması;
·         Biznes tələblərin biznes departamentlərindən qeydə alınıb analiz olunaraq İT departamentinə ötürülməsi;
·         Daxili bank sistemində lazımi konfiqurasiyaların aparılması;
·         Daim yeni texnologiyalar haqqında bilik sahibi olması.
Göstərilən tələblərə cavab verən namizədlər Iyun ayının 15-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində Biznes Analitik qeyd etməyiniz vacibdir.